Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlara orduda aparılan islahatlar və tətbiq edilən yeniliklər, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi və digər uğurlu əməliyyatlar barədə brifinq təqdim edilib.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
