Zakir Həsənov və Qabor Böröndi bir arada | Görüşdə vacib müzakirələr aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə olunub, Macarıstanın bütün səviyyələrdə ölkəmizə dəstəyi xüsusi vurğulanıb. Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri Zakir Həsənov iki ölkə arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu deyib.
Həmçinin hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlər ətrafında ətraflı müzakirələr aparılıb. Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı fikirlər səsləndirilib. Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
