Zakir Həsənovdan qardaş ölkəyə başsağlığı | Türkiyə 9 şəhid verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülərə başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Cari ilin 12 yanvar tarixində, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”, – deyə başsağlığında bildirilir.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. Bölgədə əməliyyatların davam etdiyi bildirilir. Xeyli sayda terrorçu zərərsizləşdirilib.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
