Pleyeri seçin:

Zaxarova saxlanılan rusiyalılar və Minsk qrupunun ləğvi barədə görün nə dedi

04 sentyabr 2025 597 baxış

“Azərbaycanda həbsdə olan 13 rusiyalının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşmasına mühüm töhfə ola bilər”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində vacib addımdır. Məsələ avqustun 22-də Həştərxanda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında ətraflı müzakirə olunub və Azərbaycan nümayəndə heyətinə Rusiyanın mövqeyi çatdırılıb. 3, 14 və 23 iyul tarixlərində konsulluq əməkdaşları Bakıda saxlanılan rusiyalıları ziyarət edib. Dördüncü görüş üçün müraciət göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib”, ‒ o söyləyib.

Mariya Zaxarova həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarına da münasibət bildirib. O, bu qərarı haqlı hesab edib. Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib.

“Biz bu addımı haqlı hesab edirik, bu, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb”, ‒ deyə o qeyd edib.

“Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur”, ‒ deyə Zaxarova xatırladıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 597 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 597 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 597 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 597 baxış
Seçilmişlər
icon