Zelenski İlham Əliyevlə görüşü barədə paylaşım etdi | Nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə “Facebook” səhifəsində paylaşım edib.
Ukrayna lideri paylaşımında görüşdən videokadr yerləşdirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Fəlakət yerindən dəlillər göz qabağındadır, həqiqəti dilə gətirməyə məcbur olması üçün Rusiyaya təzyiq göstərmək vacibdir.
Biz həmçinin ikitərəfli əlaqələri və onların gələcəkdə inkişafını müzakirə etdik: gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda əməkdaşlıq.
Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk. Təşəkkür edirəm”, – V.Zelenski vurğulayıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
