Zelenski yardıma görə Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib. V.Zelenski bu barədə müraciətində bildirib.
“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, – Ukrayna lideri “Twitter” hesabında vurğulayıb.
“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm”, – V.Zelenski qeyd edib.
V.Zelenski həmçinin Koreya, İsveç, Yaponiya, Avstraliya, Kanada, Birləşmiş Krallıq, ABŞ və Almaniyaya Ukraynaya yardımlarına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, iyulun 17-də Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
