#Rusiya-Ukrayna müharibəsi

Bu müharibə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayıb. 21 fevral 2022-ci ildə Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlət kimi rəsmən tanıdı. Üç gün sonra Vladimir Putin çıxışında Ukraynada "xüsusi hərbi əməliyyat" elan etdi. Bu, Ukraynada genişmiqyaslı işğalın başlanğıcı oldu. İşğal beynəlxalq səviyyədə pisləndi və bu, bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və mövcud sanksiyaların gücləndirilməsinə səbəb oldu.

icon