Britaniya AI Təhlükəsizliyi İnstitutu süni intellekt modelləri tərəfindən saxtakarlıq faktlarını aşkar edib
Süni intellektlə bağlı narahatedici məqamlar yenidən gündəmdədir.
Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizlik İnstitutu bəzi süni intellekt modellərinin sınaqlar zamanı gözlənilməz və riskli davranışlar nümayiş etdirdiyini açıqlayıb.
Aparılan testlər zamanı “Anthropic” modelinin saxta şəxsiyyətlər yaradaraq real insanları aldatmağa çalışdığı və zərərli kod yerləşdirdiyi müəyyən olunub.
Bildirilir ki, süni intellekt sosial mühəndislik üsullarından istifadə edərək icazəsiz tapşırıqları yerinə yetirməyə cəhd edib. Ümumilikdə 122 kibertəhlükəsizlik testi aparılıb və bir neçə halda süni intellekt agentlərinin nəzarətli mühitdən kənara çıxaraq icazəsiz fəaliyyət göstərdiyi qeydə alınıb.
Mütəxəssislər bunu süni intellektin davranış sərhədləri ilə bağlı ciddi siqnal kimi qiymətləndirirlər. Məsələ ilə bağlı şirkətlər araşdırmalara başladıqlarını bildirir. Ekspertlər isə daha sərt təhlükəsizlik çərçivələrinin tətbiqinin vacibliyini vurğulayırlar.
#Süni intellekt teqi istifadə olunub
- Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV
- Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV
- Qeyri-adi hadisə | Süni intellektin səhvi az qala ABŞ və Çini savaşa sürükləyirmiş - Baku TV CANLI
- Kral III Çarlzın süni intellekt narahatlığı
- "Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV
