Pleyeri seçin:

ETX və “Meta” nümayəndələri ADA Universitetində görüş keçirdi | Nələr müzakirə edildi?

15 aprel 2025 896 baxış

“Meta” şirkətinin nümayəndələri ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti rəhbərliyinin görüşü olub.

Görüşdə şirkətin Türkiyə və Azərbaycan regionu üzrə İctimai Siyasət müdiri Naz Değirmenci və İctimai Tərəfdaşlıq müdiri Burak Karagöl iştirak ediblər.

Görüş çərçivəsində yeni əməkdaşlıq imkanları, sosial media platformalarının təhlükəsizliyi və platforma üzrə ölkədə baş verən aktual kibertəhdidlərə qarşı mübarizə istiqamətində müzakirələr aparılıb.

Bununla yanaşı, ETX-nin təşkilatçılığı ilə “Meta” nümayəndələri tərəfindən ADA Universitetində bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim təşkil edilib.

Təlimin açılışında ETX-nin rəisi Samir Rəsulov sosial media platformalarında təhlükəsizliyin vacibliyini qeyd edərək, bu istiqamətdə atılacaq addımların əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Banner
Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Texnologiya
04 noyabr 2026 896 baxış
İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

Texnologiya
01 noyabr 2026 896 baxış
Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Texnologiya
01 noyabr 2026 896 baxış
Bakı startapları bir araya gətirdi | İnnovativ layihələrin təqdimatı keçirildi - Baku TV

Bakı startapları bir araya gətirdi | İnnovativ layihələrin təqdimatı keçirildi - Baku TV

Texnologiya
31 oktyabr 2026 896 baxış
Bakıda innovativ layihələr nümayiş olunur | Tədbirdən bağlantı - Baku TV

Bakıda innovativ layihələr nümayiş olunur | Tədbirdən bağlantı - Baku TV

Texnologiya
31 oktyabr 2026 896 baxış
Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir

Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir

Texnologiya
28 oktyabr 2026 896 baxış
Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı “CyberHackCon 2026” təşkil olundu - Baku TV

Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı “CyberHackCon 2026” təşkil olundu - Baku TV

Texnologiya
28 oktyabr 2026 896 baxış
Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV

Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV

Texnologiya
27 oktyabr 2026 896 baxış
Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir

Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir

Texnologiya
26 oktyabr 2026 896 baxış
H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

Texnologiya
24 oktyabr 2026 896 baxış
Seçilmişlər
icon