Həkimləri əvəz edən süni intellekt | Xərçəngin müalicəsində gözlənilməz yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
Danılmaz faktdır ki, süni intellekt bütün sahələrdə olduğu kimi tibb sektorunda da inqilabi dəyişikliklər yaradır.
Dünya ölkələrində süni intellektdən artıq diaqnostika, müalicə, tibbi əməliyyatların aparılması, fərdi müalicə planları və digər səhiyyə xidmətlərində geniş istifadə olunur.
ABŞ təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkədə “Watson Health” adlı süni intellekt proqramı xərçəng diaqnostikası üçün xəstənin tibbi tarixçəsini və klinik məlumatları analiz edərək fərdi müalicə planları təklif edir.
Böyük Britaniyada “Babylon Health” adlı süni intellektlə çalışan mobil tətbiq xəstələrin simptomlarını analiz edir və uğurlu ilkin diaqnoz təqdim edə bilir. Çində “Ping An Good Doctor” adlı süni intellekt dəstəkli onlayn platforma xəstələrə fərdi müalicə məsləhətləri təqdim edir. Hindistan xəstəxanalarında isə genetik məlumatlar analiz edilərək süni intellekt vasitəsilə fərdi onkoloji müalicələr təyin olunur.
Bu sahədə dünya üzrə məşhur “Da Vinci Robotu”nun adını da qeyd etməmək olmaz. Bu robot cərrahiyyə əməliyyatlarında həkimlərin dəstəyinə çevrilib. Robot mikroskopik kəsiklər etməklə minimal invaziv əməliyyatlar həyata keçirir.
Bundan başqa, Yaponiyada süni intellekt dəstəyi ilə işləyən cərrahi robotlar xüsusilə neyrocərrahiyyədə yüksək dəqiqliyi təmin edir.
#Süni intellekt teqi istifadə olunub
- Superintellekt həyatın bütün sahələrini dəyişə bilər
- Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir
- Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb
- Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
