Sosial şəbəkə hesablarını necə "qırır"lar?
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər sosial şəbəkə istifadəçilərinin hesablarının ələ keçirilməsi halları artıb.
Elektron Təhlükəsizlik Xidmətinin araşdırmalarına görə, problem istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.
Bəs bu necə baş verir?
İT üzrə ekspert Elvin Abbasov bildirib ki, OTP kodları beynəlxalq SMS daşıyıcıları vasitəsilə gəlir: “OTP kodlarının oğurlanması o deməkdir ki, “WhatsApp”, “Facebook” və yaxud “Instagram”ı bir cihazdan başqa birinə köçürəndə ikinci telefonda aktivləşdirilmə kodu tələb olunur. O da beynəlxalq SMS daşıyıcıları vasitəsilə gəlir. OTP kodları gələrkən yolda hər hansı bir ölkənin SMS daşıyıcıları ilə oğurlanır. Əgər hədəf varsa varsa, daha başqa hücum növləri də ola bilər. Bir şəxsin bütün sosial şəbəkə hesabları ələ keçirilə bilər. Bu tip hallar baş verdikdə Elektron Təhlükəsizlik Xidmətinə müraciət olunmalıdır”.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır: “Həmçinin qeyd etdiyimiz hesablarla bağlı hər hansı problem yaşadıqda bununla əlaqədar həmin platformanın inzibatçısına müraciət etmək tövsiyə olunur”.
#Sosial şəbəkələr teqi istifadə olunub
- “Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
