Pleyeri seçin:

Süni intellekt ər-arvad münasibətlərində təhlükəli faktora çevrilir

18 noyabr 2026 82 baxış

Ailə psixoterapevtləri və boşanma işləri üzrə vəkillər həyəcan təbili çalırlar: süni intellekt getdikcə daha çox şəxsi münasibətlərə müdaxilə etməyə başlayıb. Çatbotlarla ünsiyyət artıq zərərsiz bir məşğuliyyət olmaqdan çıxaraq ailə münaqişələrinə təsir edən yeni amilə çevrilib. 

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Son mübahisəmizdən sonra ərim artıq mənimlə danışmaq istəmədiyini dedi. Bunun əvəzinə telefonunu çıxardı, "ChatGPT"ni açdı və yazmağa başladı", – deyə nəşr həmsöhbətinin sözlərindən sitat gətirib.

İnsanlar neyron şəbəkələrdən yalnız dəstək almaq üçün deyil, həm də mübahisələrdə üstünlük qazanmaq məqsədilə istifadə edirlər. Tərəfdaşlar haqlı olduqlarını təsdiqləmək üçün "ChatGPT"yə müraciət edir, daha sonra isə süni intellektlə yazışmalarını "məhkəmədə sübut" kimi təqdim edirlər. Vəziyyət emosional dəstək axtarışının tərəfdaşlardan biri tərəfindən xəyanət kimi qəbul edildiyi hallarda daha da gərginləşir. 

Hüquqşünas Timoti Flinn bir qadının ərinin çatbotla yazışmalarını yaddaş kartında gətirdiyi məhkəmə işi barədə danışıb. O bildirib ki, ailə problemləri ilə bağlı başlayan söhbət sonradan əyləncə xarakteri alıb.

Mütəxəssisin sözlərinə görə, süni intellekt heç də həmişə münasibətləri korlamır.

"Bəzi cütlüklər mesaj göndərməzdən əvvəl mətnlərdəki aqressiv ifadələri yumşaltmaq üçün "Claude" və ya "ChatGPT"dən istifadə edirlər. Bu da cütlüklərin ünsiyyətində gərginliyin azalmasına və mübahisələrin daha konstruktiv şəkildə həllinə kömək edir”, – deyə Flinn əlavə edib.

Kopyalandı
Banner
Şəbəkədəki texniki problem minlərlə istifadəçini rabitəsiz qoyub

Şəbəkədəki texniki problem minlərlə istifadəçini rabitəsiz qoyub

Texnologiya
18 noyabr 2026 82 baxış
Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb

Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb

Texnologiya
16 noyabr 2026 82 baxış
“Xüsusilə onların rəqs bacarıqları heyrətamizdir” | Almaniyalı texniki məsləhətçi

“Xüsusilə onların rəqs bacarıqları heyrətamizdir” | Almaniyalı texniki məsləhətçi

Texnologiya
14 noyabr 2026 82 baxış
Texnologiya bazarında gözlənilməz hadisə: Süni intellekt sənayesində nələr olur? - Baku TV CANLI

Texnologiya bazarında gözlənilməz hadisə: Süni intellekt sənayesində nələr olur? - Baku TV CANLI

Texnologiya
12 noyabr 2026 82 baxış
Şirkət rəhbərinin istefası dünya texnologiya bazarını silkələdi

Şirkət rəhbərinin istefası dünya texnologiya bazarını silkələdi

Texnologiya
12 noyabr 2026 82 baxış
Superintellekt həyatın bütün sahələrini dəyişə bilər

Superintellekt həyatın bütün sahələrini dəyişə bilər

Texnologiya
08 noyabr 2026 82 baxış
Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Texnologiya
07 noyabr 2026 82 baxış
Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Texnologiya
04 noyabr 2026 82 baxış
İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

Texnologiya
01 noyabr 2026 82 baxış
Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb

Texnologiya
01 noyabr 2026 82 baxış
Seçilmişlər
icon