Süni intellektin inkişafı ilə bağlı görülən işlər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ABŞ-nin çip istehsalı ilə məşğul olan NVIDIA şirkətinin infrastrukturu qurulub.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
"AzInTelecom" MMC-də dünyanın bir nömrəli süni intellektli çip istehsalçısı olan NVIDIA şirkətinin infrastrukturunu qurmağa nail olmuşuq. Şirkətin "Hopper" arxitekturası olan H200 qrafik prosessorlarının 32 ədədi artıq quraşdırılıb. Bu quraşdırılma bitən kimi bir çox sahələr artıq öz sifarişlərini verməyə başlayıb. Hətta Elm və Təhsil Nazirliyi də bu istiqamətdə əməkdaşlığa başlayıb. Onlar da bir sıra modellərini həmin bu infrastrukturda formalaşdırmağı nəzərdə tutur", – deyə o qeyd edib.
#Süni intellekt teqi istifadə olunub
- Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb
- Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
