Pleyeri seçin:

5 ölkədən komandalar Bakıda | "Gənc xilasedici" X Beynəlxalq yarışı başladı

01 iyul 2024 357 baxış

“Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar da iştirak ediblər.

Mərasimdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerli Elm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Mərasimdə çıxış edən yarışların Təşkilat Komitəsinin sədri, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra yarışlara qatılmış komandaların təntənəli keçidi olub, yarışların açılışı qala-konsertlə davam edib.

27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV

27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 357 baxış
Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV

Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 357 baxış
Gürcüstanda şəhidlərimizin xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib - Baku TV

Gürcüstanda şəhidlərimizin xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 357 baxış
Şagirdlərin partada 3-3 oturması valideynlərin narazılığına səbəb olub - Baku TV CANLI

Şagirdlərin partada 3-3 oturması valideynlərin narazılığına səbəb olub - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 357 baxış
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV

Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 357 baxış
“33 uşağı salıb dar bir yerə, nə etsinlər?!" - Masallıdakı məktəbdə nə baş verir? - Baku TV

“33 uşağı salıb dar bir yerə, nə etsinlər?!" - Masallıdakı məktəbdə nə baş verir? - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 357 baxış
Biləcəri sakinləri 202 nömrəli avtobusdan şikayətləndi - Baku TV

Biləcəri sakinləri 202 nömrəli avtobusdan şikayətləndi - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 357 baxış
Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 357 baxış
Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 357 baxış
"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 357 baxış
Seçilmişlər
icon