7 gün ac qalan insanların bədənində hansı dəyişikliklər baş verdi?
Britaniya və Norveçdən olan bir qrup alim müəyyən edib ki, yeddigünlük aclıq bədəni effektiv şəkildə yağlandırma rejiminə keçirir və beyinin funksiyası üçün vacib olan zülallarda dəyişikliklərə səbəb olur.
Tədqiqatda bir həftə ərzində yalnız su içən 12 sağlam könüllü iştirak edib. Alimlər ümumilikdə üç min qan zülalında dəyişiklikləri təhlil ediblər.
Cəmi 48-72 saatdan sonra iştirakçıların bədənləri qlükozadan əsas enerji mənbəyi kimi yağların parçalanmasına keçib. Yeddi gün ərzində iştirakçılar orta hesabla 5-7 kiloqram çəki itiriblər. Normal qidalanmaya qayıtdıqdan sonra əzələ kütləsi üç gün ərzində tam bərpa olunub, bədən yağının səviyyəsi isə azalıb.
Berlin Sağlamlıq İnstitutunun professoru Mayk Pitzner epilepsiya və artrit kimi müxtəlif xəstəliklərin müalicəsində aclığın uzun tarixini xatırladıb. Bununla belə, o, ac qalmağın əks göstəriş olduğu insanlar üçün alternativlərin tapılmasının vacibliyini vurğulayıb.