Pleyeri seçin:

Anasını qətlə yetirdi, evi yandırdı... | Ruhi-əsəb xəstələri xəstəxanaya yerləşdirilməlidir?

14 iyun 2025 443 baxış

İctimai nəqliyyatda əlibıçaqlı qadın digər sərnişinləri hədələdi. Başqa biri avtobusun şüşəsini qırdı. Daha biri bacısına xəsarət yetirdi, anasını öldürdü, sonra evi yandırdı. Təəssüf hissi ilə bu siyahını uzada bilərik.

Bənzər hadisələr son vaxtlar tez-tez baş verir. Hərdən gözlədiyimiz qədər mənfi nəticələnməsə də, hərdən də gözləmədiyimiz qədər təhlükəli olur. İctimai yerlərdə özünü sağlam fərd kimi apara bilməyən şəxslərin reabilitasiyası, digər vətəndaşların təhlükəsizliyinin təmini üçün hansı tədbirlər görülür? Yoxsa belə şeyləri sadəcə görüb-keçmək lazımdır?! Axı hər hansı psixi zəifliyi olan şəxs ətraf mühit üçün real təhlükə mənbəyi ola bilər.

Baku TV mövzunun aktuallığını nəzərə alaraq Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb.

Qurumdan bildirilib ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən şəxslərə yardım və müdaxilə “Psixiatriya yardımı haqqında” Qanuna əsasən, şəxs özü könüllü surətdə müraciət etdikdə göstərilir. Amma həmin şəxs könüllü tibbi müayinə və müalicədən imtina etdikdə belə hallar barədə müraciətlər adətən hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri və ya birbaşa səhiyyə müəssisələri vasitəsilə müvafiq instansiyalara yönləndirilə bilər.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov da məsələ ilə bağlı açıqlama verib. “Azərbaycanda 200 min ruhi-əsəb xəstəsi varsa, onların ancaq 5-6 mini stasionarlardadır. Qalanları bizim aramızdadır”, – deyə o bildirib.

Kopyalandı
Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 443 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 443 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 443 baxış
Seçilmişlər
icon