Pleyeri seçin:

Aşağı Şorca həsrətli şəhid anası | Qərbi Azərbaycan Xronikası

27 iyun 2023 574 baxış

“Qərbi Azərbaycan xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında Baku TV-də “Aşağı Şorca həsrətli şəhid anası” adlı veriliş efirə gedib.

Verilişdə Göyçə mahalının Basarkeçər bölgəsində, dağların ətəyində yerləşən Aşağı Şorca kəndinin xalçalarından söz açılır.

Bildirilir ki, Aşağı Şorca kəndinin sakinləri özünün mifoloji yaddaşını, eyni zamanda bütün adət-ənənələrinin elementlərini xalçada tam təsvir edə bilirdi:

“Rənglərin asanlıqla bir-birinə keçməsi, kompozisiya quruluşunda mürəkkəb elementlərlə sadə elementlərin bərabər vəhdətinin qurulması sanki bir rəssam ustalığı idi. Bu elementlərin içərisində istər mifoloji məqamlar, istər rənglərin keçməsi ilə ab-havanın yaradılmasının birbaşa təbiətlə əlaqəsi var. Göyçə camaatı hətta bayramların adında da rənglərdən istifadə ediblər. Bu dünyagörüşü birbaşa qədim türk mifologiyasına, Altaydan Anadoluya qədər uzanan böyük türk coğrafiyasına xas xüsusiyyətlərdir. Məhz Aşağı Şorcada toxunan xalçalar da bu gözəlliyi, özünəməxsusluğu ilə seçilir”.

Verilişdə həmçinin erməni zülmündən qurtulmaq üçün Göygöl rayonunda məskunlaşan Aşağı Şorca kənd sakini, xalçaçı Minayə Abbasova deportasiyaya məruz qalmasından, övlad itkisindən bəhs edib: “Həmin günləri, oğlumun şəhid olmasını həyatım boyu unuda bilmərəm. Çox keşməkeşli həyatımız olub, elimizdən, günümüzdən ayrı düşdük, yaxşı gün görmədik”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 574 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 574 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 574 baxış
Seçilmişlər
icon