Pleyeri seçin:

Avtomobilin texniki göstəriciləri niyə vahid sistemdə qeydə alınmır? - Baku TV

22 avqust 2026 285 baxış

Xaricdə avtomobil alarkən alıcıların ilk araşdırdığı məlumatlardan biri onun VIN kodudur.

VIN kod vasitəsilə avtomobilin texniki göstəriciləri, qəzalar və bəzi hallarda texniki xidmət tarixçəsi barədə məlumat əldə etmək mümkündür. Lakin Azərbaycanda satılan bir çox avtomobildə ön şüşədəki VIN kodu müxtəlif platformalarda araşdırarkən avtomobilin keçmişi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmur.

Bəs bunun səbəbi nədir?

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, əsas səbəb ölkədə vahid avtomobil tarixçəsi sisteminin olmamasıdır.

Onun fikrincə, belə bir platformanın yaradılması üçün dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir:

“Çünki avtomobillərin keçirdiyi qəzalar Dövlət Yol Polisi tərəfindən qeydə alınır, sığorta hadisələri barədə məlumatlar isə sığorta şirkətlərində toplanır. Bu məlumatların vahid sistemdə birləşdirilməsi avtomobilin tam tarixçəsinin formalaşdırılmasına imkan verə bilər”.

Eyyub Əliyev bildirib ki, hazırda bu istiqamətdə müəyyən işlər aparılır və bir neçə özəl sektor nümayəndəsi tərəfindən dövlət qurumlarına müvafiq təkliflər təqdim olunub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, avtomobillərin texniki göstəricilərinin gizli qalması bazardakı bəzi satıcıların maraqlarına uyğundur:

“Bu gün təəssüf ki, Azərbaycanda avtomobil bazarını alverçilər idarə edir. İstədikləri vaxt qiymətləri qaldırır, endirir və öz maraqlarına uyğun addımlar atırlar. Təbii ki, avtomobilin tarixçəsinin açıq şəkildə görünməsi onların maraqlarına uyğun deyil”.

Banner
Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
“Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV

“Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 285 baxış
Seçilmişlər
icon