Pleyeri seçin:

Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığında yeni mərhələ - Baku TV

21 avqust 2026 299 baxış

17-21 avqust 2026-cı il tarixlərində Özbəkistan Milli Teleradio Şirkətinin nümayəndə heyəti “Global Media Group”a daxil olan “Baku TV”də nəzəri və praktiki təlim proqramında iştirak edib. Səfərin əsas məqsədi “Baku TV”nin media istehsalı, rəqəmsal platformaların idarə edilməsi və məzmun strategiyası sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etmək olub.

Proqram çərçivəsində qonaqlar rəqəmsal platformaların strateji idarə olunması, media məzmununun istehsal prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, brendinq və vizual standartlar kimi mövzularda “Baku TV”nin mütəxəssisləri ilə görüşlər və konsultasiyalar keçiriblər.

Qeyd edək ki, “Baku TV” ilə Özbəkistanın “Özbəkistan 24” telekanalı arasında 2025-ci ilin oktyabrında Daşkənddə əməkdaşlıq memorandumu imzalanıb. Cari səfər həmin sənədlə nəzərdə tutulan təcrübə mübadiləsinin davamı kimi baş tutub.

Təlim proqramı iki qardaş ölkənin media sahəsindəki əlaqələrinin növbəti təzahürü olaraq təcrübə mübadiləsi əsasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. “Baku TV”nin rəqəmsal platformalardakı uğurları və məzmun istehsalı təcrübəsi əsasında əldə edilən biliklərin təlim iştirakçılarının öz fəaliyyətlərində tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, “Baku TV”nin Qazaxıstanın “Xabar” Agentliyi və Çinin “CCTV+” Agentliyi ilə də əməkdaşlıq memorandumları mövcuddur və beynəlxalq tərəfdaşlıq çərçivəsində işlər bundan sonra da davam etdiriləcək.

Təlim proqramının yekununda Özbəkistan Milli Teleradio Şirkətinin əməkdaşlarına “Baku TV” rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

Banner
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
"Ən yaxşısı 25 manatdır" | Məşhur Ordubad qozunun yığımı barədə bilinməyənlər - Baku TV

"Ən yaxşısı 25 manatdır" | Məşhur Ordubad qozunun yığımı barədə bilinməyənlər - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI

Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 299 baxış
Seçilmişlər
icon