Pleyeri seçin:

Azərbaycanda 2024-cü ildən bu qanunlar qüvvəyə minir

01 yanvar 2024 814 baxış

2024-cü ildə bir neçə qanun layihəsi qüvvəyə minir, demək olar ki, əksər sahələrdə yeniliklər edilib.

İlk olaraq yaşayış minimumu və ehtiyac meyarı dəyişib. Hər ikisi ölkə üzrə 270 manat məbləğində müəyyənləşib.

Digər vacib dəyişikliklərdən biri hərbçilərin pensiya yaşı ilə bağlıdır. Yanvarın 1-dən etibarən hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə dəyişdirilir.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50 faizdən 65 faizə qaldırılacaq.

Yanvarın 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanun da qüvvəyə minir. 2024-cü ildə avtomobil almaq istəyənlər üçün də yeniliklər olacaq.

2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyətlər qoyulacaq. Yeni ildən sərnişindaşıma fəaliyyəti ilə bağlı qanunvericilik mexanizmi də sərtləşdirilir. “Avtomobil nəqliyyatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik yanvarın 1-dən qüvvəyə minir.

Qanuna edilən dəyişiklik ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Yanvarın 1-dən “Vergi Məcəlləsi” nə edilən bir sıra dəyişikliklər qüvvəyə minir. O cümlədən “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilən yeniliyə əsasən, 2024-cü ildən pərakəndə satışla bağlı 4 min, tibbi xidmətlər üzrə isə 5 yüz manatdan çox olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 814 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 814 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 814 baxış
Seçilmişlər
icon