Pleyeri seçin:

Azərbaycanda ət qıtlığı gözlənilir? | Ətin qiyməti ilə bağlı narahatedici sual - Baku TV

13 oktyabr 2026 135 baxış

Azərbaycanda mal ətinin qiyməti artmaqda davam edir.

Bakıda sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin kiloqramı isə 25 manata çatıb. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat olub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qiymətlər tələb və təklif əsasında formalaşır.

İqtisadçı Emin Qəriblinin sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri ölkədə iribuynuzlu mal-qaranın sayının azalması, digər tərəfdən isə istehsal xərclərinin artmasıdır:

“Təklif azalıbsa, bu, öz növbəsində qiymət artımına səbəb ola bilər. Son dövrlərdə iqlim dəyişiklikləri, otlaq sahələrinin azalması, xərclərin artması, eləcə də idxal olunan ətin və yemlərin bahalaşması bazara təsir göstərir”.

Emin Qəribli qeyd edib ki, yerli istehsal daxili tələbatın böyük hissəsini qarşılasa da, idxal qiymətlərindəki artım da bazara təsirsiz ötüşmür.

Onun sözlərinə görə, ət təklifinin yetərli səviyyədə olmaması nəticəsində qiymət artımı da davam edə bilər.

Ekspertin fikrincə, yerli istehsalın artırılması, heyvandarlıq təsərrüfatlarına dəstəyin gücləndirilməsi və mövcud problemlərin araşdırılması qiymət artımının qarşısını almağa kömək edə bilər.

O həmçinin heyvanların yetişdirilməsi və kəsimi ilə bağlı məsələlərə daha sistemli yanaşılmasının vacibliyini vurğulayıb.

Banner
Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

Cəmiyyət
16 oktyabr 2026 135 baxış
Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 135 baxış
Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 135 baxış
Seçilmişlər
icon