Hadisə
Pleyeri seçin:

Bacısına qarşı əxlaqsızlıq edən atasını 42 bıçaq zərbəsi ilə öldürdü - SONUNCU ŞAHİD

11 iyul 2023

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürüb.

Belə ki, Nəbiyevlərin əsas problemi ailə başçısı Füzulinin (ad şərtidir) günün müxtəlif saatlarında spirtli içkilərin təsiri altında evə gəlməyi ilə bağlı idi. O, hər dəfə həyat yoldaşı Humaya və oğlu Mehdiyə qarşı qeyri-etik davranışlar sərgiləyirdi. Humay ailəni dolandırmaq üçün evlərə təmizliyə gedirdi. Buna baxmayaraq, Füzuli onunla köləsi kimi davranırdı. Evə heç bir ərzaq almadığı halda yoldaşından yemək tələb edir, üstünə qışqırır, onu döyməklə qorxudurdu. Bütün bunları eşidən oğlu Mehdi atasının etdiklərinə birtəhər dözürdü. O, uşaqlıqdan bəri anasının çəkdiyi əzabları görür, ancaq valideyni olduğu üçün susqunluqla qarşılayırdı.

Ödənişli əsaslarla ali təhsil alan Mehdi pandemiya zamanı fəhlə kimi işləyib, qazandığı pulu gizlətməsi üçün anasına verir. Füzuli həmin pulu tapır və spirtli içki almaq üçün kafeyə gedir. Füzuli kafedə olarkən Mehdi bacısı Lalə ilə telefonla danışır və anası ilə evi tərk edirlər. Bir neçə ildir evli olan Lalə ailəsinə artıq hər şeyin bitdiyini deyir və onları həyat yoldaşı ilə birgə yaşadığı evə qəbul edir. Humay və Mehdi evi tərk etdikdən sonra Füzuli dayanmadan onlara zəng edir və evə qayıtmalarını tələb edirdi. Lalə isə telefonu anasından alıb atasına bildirir ki, onlar evə qayıtmayacaq və bundan sonra Lalənin yanında qalacaqlar. Lalə istintaqa verdiyi ifadədə qeyd edib ki, bir dəfə anası və qardaşı evdə olmayanda atası Füzuli ona təcavüz etməyə çalışıb, zorla onun əlindən qurtulub. Qızına bu barədə heç kimə deməməsini tapşırır və onu öldürməklə hədələyir.

Bir neçə gün sonra Mehdi atası ilə hesablaşmaq qərarına gəlir. Marketdən bıçaq alaraq evlərinə yollanan Mehdini qapının kandarında atası qarşılayır. Füzulinin yaxasından tutaraq onu içəri çəkir və aralarında gərgin mübahisə başlayır. Bu vaxt Mehdi bıçağı belindən çıxararaq atasına ard-arda 42 zərbə vurur. Aldığı xəsarətlərdən Füzuli yerindəcə həyatını itirir. Mehdi isə oradan qaçaraq uzaqlaşır.

Mehdi cinayəti törətdikdən sonra bacısı ilə görüşüb, ona hər şeyi danışır. Bacısı ona deyir ki, “O, bizim həyatımızı məhv etdi, amma gərək sən öz həyatını ona görə məhv etməzdin. İndi isə get, polisə təslim ol. Anamızdan da narahat olma”.

Mehdi məhkəmə zalında deyib ki, etdiyi əməldən peşman deyil. Bu, onun üçün qeyrət qisası olub.

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Hadisə
26 iyul 2024
Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Hadisə
26 iyul 2024
Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Hadisə
26 iyul 2024
Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Hadisə
26 iyul 2024
Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Hadisə
26 iyul 2024
Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Hadisə
26 iyul 2024
Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Hadisə
26 iyul 2024
Lerik rayonunda zəlzələ baş verdi

Lerik rayonunda zəlzələ baş verdi

Hadisə
26 iyul 2024
İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

Hadisə
26 iyul 2024
Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Hadisə
26 iyul 2024
Seçilmişlər
icon