Pleyeri seçin:

Bakıda qeydiyyatı olmayanlar üçün vacib xəbər | Aldanmayın!

05 yanvar 2024 397 baxış

Bakıda daimi qeydiyyatı olmayanların pul müqabilində öz evində qeydiyyata salınması ilə bağlı sosial şəbəkədə elan yayılıb.

Bunu təklif edən xanım qeydiyyatın daimi olduğunu vəd edib və artıq 50 nəfəri şəxsi mənzilinə qeydiyyata saldığını bildirib.

Bəs görəsən, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bir evə qeydiyyata düşməklə bağlı hansısa məhdudiyyət varmı?

Vəkil Hikmət Əliyev məsələ ilə bağlı bildirib ki, mülkiyyətçi öz yaşayış sahəsinə istənilən sayda şəxsi qeydiyyata sala bilər. Lakin sosial şəbəkələrdə bununla bağlı reklam yaymaqla tanımadığı şəxsləri pul müqabilində qeydiyyata salmaq, məsələdən biznes olaraq istifadə etmək düzgün deyil:

“Buna baxmayaraq, bu məsələ qanunvericiliklə tənzimlənmir. Bu tip qanunsuz fəaliyyətlə məşğul olan, gəlir əldə edən şəxslərin məsuliyyəti müəyyən olunmamışdır. Bu hal qanunvericilikdə olan boşluq kimi də qiymətləndirilə bilər.

Qeydiyyata düşmək üçün pul verən şəxslər bir müddət sonra problemlərlə üzləşə bilərlər. Çünki mülkiyyətçi onları pul müqabilində qeydiyyata salır və bir müddət sonra isə məhkəmədə iddia qaldırmaqla həmin şəxsləri qeydiyyatdan çıxara bilər. Nəticədə qeydiyyata düşmək üçün ödəniş edən şəxslərin pulları batmış olar”.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə bildirib ki, artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 397 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 397 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 397 baxış
Seçilmişlər
icon