Pleyeri seçin:

Baş Prokurorluq Elgünlə bağlı çağırış etdi | Məktəb yoldaşları və yaxınları dindirildi

20 may 2025 709 baxış

Bir neçə gün əvvəl Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. O, xəstəxanaya aparılsa da, bir gün sonra tibb müəssisəsində vəfat edib.

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev məsələ ilə bağlı bildirib ki, ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib.

“Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib. Bundan başqa, hadisə yerinə yaxın intervalda yerləşən ictimai-iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından, eyni zamanda təhlükəsizlik kameralarından müəyyən görüntülər götürülüb. Həmin görüntülərə də baxış keçirilib. Həmçinin mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib”, ‒ o, İTV-yə açıqlamasında belə qeyd edib.

Sabir Musayevin sözlərinə görə, iş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib:

“Eyni zamanda hadisə barədə əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində də əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğular verilib”.

Qurum rəsmisi cəmiyyətə çağırış da edib:

“Biz buradan da açıq çağırış edirik, kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər. Bunda narahatlıq doğuran bir məsələ yoxdur. Əsas narahatlıq doğuran məsələ dəqiqləşdirilməmiş məlumatların yayılmasıdır”.

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 709 baxış
“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 709 baxış
Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
25 sentyabr 2026 709 baxış
Rustov-Xanəgah avtomobil yolunda təhlükə | Torpaq sürüşməsi baş verdi, çətinlik yarandı - Baku TV

Rustov-Xanəgah avtomobil yolunda təhlükə | Torpaq sürüşməsi baş verdi, çətinlik yarandı - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 709 baxış
Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr olunan "Koroğlu" operası - Baku TV

Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr olunan "Koroğlu" operası - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 709 baxış
Xətai rayonunda yerləşən məktəbdə nələr baş verir? - 24 SAAT

Xətai rayonunda yerləşən məktəbdə nələr baş verir? - 24 SAAT

Cəmiyyət
24 sentyabr 2026 709 baxış
Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV

Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 709 baxış
“Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN

“Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN

Cəmiyyət
24 sentyabr 2026 709 baxış
Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV

Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 709 baxış
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artır - Baku TV

Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artır - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 709 baxış
Seçilmişlər
icon