Pleyeri seçin:

Beşuşaqlı ailə acınacaqlı vəziyyətdə qaldı - "Bir dənə aparatla təyin ediblər ki..." - Baku TV

10 fevral 2026 392 baxış

Şərur rayonunun Kürçülü kənd sakini Nabat Quliyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək həyat yoldaşı Elnur Quliyevin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsini istəyir.

Onun sözlərinə görə, ailədə işləyən yeganə şəxs Elnur Quliyevdir və bu vəziyyət beşuşaqlı ailəni maddi baxımdan çətin duruma salıb.

“Yoldaşımın ürəyində ciddi problem var. Ürək döyüntüləri zəifdir, genişlənmə müşahidə olunur. O, infarkt keçirib, stent qoyulub. İnfarktdan sonra vəziyyəti daha da ağırlaşıb. Ürək çatışmazlığından əziyyət çəkir. Ona 27-28 faizlə üçüncü qrup əlillik təyin ediblər. Xəstəxanada da müalicə alıb, müayinələrdən keçib. Amma əlillik şöbəsi üçüncü qrupdan yuxarı qaldırmır. Şikayətim odur ki, vəziyyəti yenidən araşdırılsın və qanunla ona düşən birinci qrup əlillik təyin edilsin. Xəstəxananın rəyi də göstərir ki, birinci qrupa uyğundur. Əlillik şöbəsində isə sadəcə barmağına bir aparat bağlamaqla üçüncü qrup təyin etdilər.

Ailəmiz yeddi nəfərdən ibarətdir. Gəlirimiz cəmi 664 manat sosial yardım və yoldaşımın 378 manat maaşıdır. Bu məbləğ nə onun dərman xərclərinə, nə də uşaqların təhsilinə yetir. Noyabr ayından bizi dəfələrlə çağırıb yola saldılar, sonda isə yenə üçüncü qrup əlilliklə kifayətləndilər”, – deyə Nabat Quliyeva bildirib.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd edilib ki, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında 27 noyabr 2025-ci il tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə aparılıb:

“Əlillik hüququnun operativ qiymətləndirilməsi məqsədilə vətəndaş komissiyaya dəvət edilib, tibbi sənədlərinə baxılıb. Komissiya tərəfindən Elnur Quliyevə 27 noyabr 2025-ci il tarixindən etibarən ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 40 faiz pozulması ilə əlaqədar bir il müddətinə üçüncü qrup əlillik təyin edilməsi barədə qərar qəbul olunub.

Elnur Quliyevin komissiya qərarının yenidən araşdırılması ilə bağlı müraciəti əsasında vətəndaş 28 yanvar 2026-cı il tarixində təkrar komissiyaya dəvət olunaraq əyani müayinədən keçirilib. Müayinə zamanı onun xəstəlik vəziyyətinin hazırkı mərhələdə orqanizm funksiyalarının pozulma faizinin artırılmasına əsas vermədiyi müəyyən edilib”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 392 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 392 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 392 baxış
Seçilmişlər
icon