Pleyeri seçin:
"Bizim axırımız necə olacaq?!" | Şəkinin ucqar dağ kəndinin sakinləri problemlə üz-üzə - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Şəkinin Şin kəndində indiyədək təbii qaz olmayıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ötən il kənddə qaz çəkilişinə başlanılsa da, işlər başa çatdırılmayıb. Onlar əvvəlki illərlə müqayisədə bu il odun əldə etməyin də çətinləşdiyini bildirirlər.
“Odun yoxdur. Biz necə edək? Camaat soyuqdan qırılır”, – sakinlərdən biri bildirib.
“15-16 dərəcə soyuq olur. Evdə isti paltarla yatırıq, isti paltarla da oyanırıq. Axırımız necə olacaq? Bizə bir çarə qılsınlar. Xahiş edirəm, hökumət bir tədbir görsün ki, bu vəziyyətdən çıxa bilək”, – başqa bir sakin qeyd edib.
Kopyalandı
#Şəki teqi istifadə olunub
- Şəkidə ağacları qanunsuz kəsənlərə qarşı əməliyyat keçirildi - 24 SAAT
- "Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
