Pleyeri seçin:

Bu şəkildə oturursunuzsa, səhv edirsiniz | Həkim həyəcan təbili çaldı

04 yanvar 2025 479 baxış

Ayağı ayaq üstə aşırıb oturmaq ən zərərli və təhlükəli vərdişlərdən biridir. Bu, orqanizmdə varikoz və bir sıra digər problemlərə səbəb ola bilər.

Bu barədə rusiyalı nevroloq Jan Şolomitski xəbərdarlıq edib. Onun sözlərinə görə, bu formada oturanda ayağın öz ağırlığı altında damarlar sıxılmağa başlayır.

“O qədər də güclü olmasa da, venoz qanın cazibə qüvvəsinə qarşı qalxdığını nəzərə alsaq, o, tədricən daha çox ləngiyəcək. Nəticə varikoz venaların genişlənməsidir”, – deyə həkim izah edib.

Şolomitskinin sözlərinə görə, varikozun nə qədər tez özünü göstərəcəyi insanın mobillik dərəcəsindən asılıdır: insan nə qədər aktivdirsə, risk bir o qədər azdır.

“Hərəkət zamanı baldır və əzələlər işə düşür – bunlar da venoz qanı ürəyə vurmaq üçün əsas nasoslardır. Bu əzələlər addım atdıqda, ya tullanma zamanı yerdən təkan almağımıza kömək edir və ayaqlarda qan ləngliyini azaldır”, – deyə nevroloq dəqiqləşdirib.

Həkim əlavə edib ki, ayaqların çarpaz vəziyyəti, həmçinin çanaq dibinin, çanaq diafraqmasının sıxılmasına səbəb olur, bu, varikoz yaranması riskini daha da artırır.

“Çünki bu vəziyyətdə olan diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxır, nəticədə, sidik-cinsiyyət sistemi orqanlarında mübadilə prosesləri pozulur. Düz bağırsaq, sidik kisəsi, kişilərdə prostat, qadınlarda uşaqlıq yolu müxtəlif növ iltihabi proseslərin yaranmasına daha həssaslaşır”, – deyə Şolomitski sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, venaların varikoz genişlənməsi sadəcə estetik problem deyil, həm də ciddi xəstəlikdir və təhlükəli nəticələrə gətirib çıxara bilər.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 479 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 479 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 479 baxış
Seçilmişlər
icon