Pleyeri seçin:

Bu tarixdən hava kəskin dəyişir! - Əhaliyə xəbərdarlıq

29 oktyabr 2025 233 baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq sabah gündüzədək bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə səsləyib.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

“Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”, – deyə müraciətdə diqqətə çatdırılıb.

Həmçinin intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

“Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”, – deyə müraciətdə vurğulanıb.

Diplomlu gənclər niyə satıcı və ofisiant olmağa məcbur qalır? - AKTUAL GÜNDƏM

Diplomlu gənclər niyə satıcı və ofisiant olmağa məcbur qalır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
26 yanvar 2026 233 baxış
Buz bağlayan “Qızlar bulağı”nın görüntüləri

Buz bağlayan “Qızlar bulağı”nın görüntüləri

Cəmiyyət
26 yanvar 2026 233 baxış
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi "Daşaltı əməliyyatı"ndan 34 il ötür - Baku TV

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi "Daşaltı əməliyyatı"ndan 34 il ötür - Baku TV

Cəmiyyət
26 yanvar 2026 233 baxış
Görünüş məsafəsi məhdudlaşacaq | Həftənin ilk günlərinin hava proqnozu - Baku TV

Görünüş məsafəsi məhdudlaşacaq | Həftənin ilk günlərinin hava proqnozu - Baku TV

Cəmiyyət
25 yanvar 2026 233 baxış
"Özümə bunu bağışlamıram" | Qiraətçi Nadir Hüseynovu niyə əməliyyat etmədilər? - RETRO BAKU

"Özümə bunu bağışlamıram" | Qiraətçi Nadir Hüseynovu niyə əməliyyat etmədilər? - RETRO BAKU

Cəmiyyət
25 yanvar 2026 233 baxış
Tikintisi yarımçıq qalan binalardan ev alanların aqibəti necə olacaq? - Baku TV

Tikintisi yarımçıq qalan binalardan ev alanların aqibəti necə olacaq? - Baku TV

Cəmiyyət
25 yanvar 2026 233 baxış
Qış bir az "özünü göstərdi", kəndlərdə aləm dəydi... | Qurumlar niyə bir-birini gözləyir? - XÜLASƏ

Qış bir az "özünü göstərdi", kəndlərdə aləm dəydi... | Qurumlar niyə bir-birini gözləyir? - XÜLASƏ

Cəmiyyət
25 yanvar 2026 233 baxış
Buranın adı necə yaranıb? | Bakının köhnə "Papanin" məhəlləsindən reportaj - Baku TV

Buranın adı necə yaranıb? | Bakının köhnə "Papanin" məhəlləsindən reportaj - Baku TV

Cəmiyyət
25 yanvar 2026 233 baxış
1992-ci ilin səhvləri 2020-ci ilin qələbəsini necə hazırladı? - QARABAĞ XRONİKASI

1992-ci ilin səhvləri 2020-ci ilin qələbəsini necə hazırladı? - QARABAĞ XRONİKASI

Cəmiyyət
25 yanvar 2026 233 baxış
Əhmədlidə yaşıllıq sahə dağıdılır? | Sakinlərin iddiasına qurumdan cavab necə oldu? - Baku TV

Əhmədlidə yaşıllıq sahə dağıdılır? | Sakinlərin iddiasına qurumdan cavab necə oldu? - Baku TV

Cəmiyyət
25 yanvar 2026 233 baxış
Seçilmişlər
icon