Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışında paytaxtın Abay Kunanbayev küçəsində sürücüləri və piyadaları narahat edən problem barədə məlumat verilib.
Qeyd edilib ki, sözügedən küçədə nə səki, nə də parklanma düzgün təşkil edilib.
Vurğulanıb ki, sakinlərin müraciətlərinə əsasən, indiki halda bu cür parklanmaya görə avtomobil sahibləri cərimələnir. Çünki səki yolun hərəkət hissəsi ilə demək olar ki, eyni hündürlükdədir:
“Avtomobillər də həmin ərazidə parklanıb. Yaxşı olar ki, səki yol örtüyünə görə fərqlənsin və bu ərazidə paralel parklanma məntəqəsi təşkil edilsin. Parklanmanın təşkilindən sonra piyadaların hərəkəti üçün kifayət qədər boşluq ərazi qalsa da, uşaq və ya əlil arabası ilə hərəkət edənlər üçün pandusların təşkil edilməsi şərtdir”.
#Piyada səkiləri teqi istifadə olunub
- Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI
- "Belə şey olmaz axı!" - Sakinlərin etirazı | "İcranın xəbəri yoxdur, dedilər, tapşırıqdır" - Baku TV
- "Əlil arabaları yolun ortası ilə gedə bilmir" | Xətaidə piyada səkisi zəbt olunub? - Baku TV
- Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV
- Piyada yolu zibil qutuları ilə zəbt olundu
