Pleyeri seçin:
Cəlilabadda dolu çiyələk sahələrini məhv etdi
Çiyələk yetişdirilməsində kifayət qədər payı olan Cəlilabadda dolu ilə müşahidə olunan leysan yağışların yağması sahələrdə əkilən giləmeyvələrin qiymətinə də təsirsiz ötüşməyə bilməz. Çünki güclü dolu və qasırğa hələ sahədən toplanmayan meyvələri məhv edib. Bu da bazara məhsul çıxarmağa hazırlaşan fermerləri məyus edib.
Qeyd edək ki, sahələrdə əsasən “Murano”, “Monterey”, “Albion”, “San-Andres”, “Sabrina” və “Kleri” sortları əkilir ki, bu sortlar da keyfiyyətli olmaqla yanaşı, fermerlərdən kifayət qədər maliyyə vəsaiti də tələb edir.
Son illər Cəlilabadda fermerlərin daha çox üstünlük verdikləri çiyələk əsasən qonşu ölkələrə, hətta Ərəbistan yarmadasına ixrac edilirdi. Təbiət hadisəsi isə fermerlərin bu dəfə əliboş qalmasına səbəb olub.
Kopyalandı
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
