Cəmiyyət
Pleyeri seçin:

Cəsədi qalmaqal yaratdı, oğlunu öldürüb alqışladılar | Brüs Li - RETRO BAKU

07 yanvar 2024

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı dünyaca məşhur aktyor və kunq-fu ustası Brüs Liyə həsr olunub.

Brüs Li 27 noyabr 1940-cı ildə San Fransiskoda anadan olub. O, varlı ailədə böyüyüb. Brüs Li elə doğulandan sonra filmlərdə rol almağa başlayır. O, ilk dəfə böyük ekrana 3 aylıq olarkən çıxır. Maraqlı fakt ondan ibarətdir ki, ilk filmi “Qızıl qapılı qız”da Brüs Li körpə qız rolunu oynayır.

Brüs Amerikada olarkən müxtəlif serial və filmlərdə döyüşçü roluna dəvət alırdı. Sadəcə heç kim ona əsas rolları etibar etmirdi.

1971-ci ildə həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanan, özünün baş rolda oynadığı “Böyük boss” filminin premyerası baş tutur. Qeyd etmək lazımdır ki, filmdəki bütün döyüş səhnələri Brüsün özü tərəfindən səhnələşdirilib. Dünya şöhrəti qazanan Li ona daha da populyarlıq gətirən “Qəzəb yumruğu” və “Əjdahanın qayıdışı” filmlərində də rol aldı.

1972-ci ildə Brüs Li ölümündən 1 həftə sonra böyük ekrana çıxacaq olan “Əjdahanın çıxışı” filmi üzərində işləyirdi. Bu, onun iştirakı ilə tamamlanan sonuncu film oldu.

Linin rol almağa müvəffəq olduğu başqa ekran əsəri isə “Ölüm oyunu”dur. Onun premyerası 1978-ci ildə baş tutub. Maraqlı fakt ondan ibarətdir ki, filmin son çəkilişləri aktyorun iştirakı olmadan baş tutub. Brüsün əvəzinə onun oxşarı oynayıb.

Brüs Li 20 iyul 1973-cü ildə 32 yaşında vəfat edib. Böyük döyüşçünün ölümü bütün dünya üçün şok oldu.

Rəsmi versiyaya görə, onun ölümünə başağrısı həbi səbəb olub. Bununla belə, yarılma aparılsa da, müvafiq testlər edilməyib. Bu da Brüsün narkotik qəbulundan öldüyünə şübhələr yaradır.

Tərəfdarları aktyorun belə bir absurd ölümünə inanmadılar. Linin avropalılara və amerikalılara döyüş sənətini öyrətməsini istəməyən müəyyən bir döyüş sənətçisi tərəfindən öldürüldüyünə dair də versiya var.

Kopyalandı
Özbaşına qəbul edilən dərmanlarla bağlı həkimdən vacib xəbərdalıq

Özbaşına qəbul edilən dərmanlarla bağlı həkimdən vacib xəbərdalıq

Cəmiyyət
03 may 2024
Çiyələyin qiyməti günü-gündən aşağı düşür | Fermerlər narazıdır

Çiyələyin qiyməti günü-gündən aşağı düşür | Fermerlər narazıdır

Cəmiyyət
03 may 2024
Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Cəmiyyət
03 may 2024
Asfalt yolda maşın sürməyə yer tapmırsan | Sürücüləri bəlaya salan yol

Asfalt yolda maşın sürməyə yer tapmırsan | Sürücüləri bəlaya salan yol

Cəmiyyət
03 may 2024
Bakıda bu tikililər söküləcək | Yeni yola görə hansı problemlər yarana bilər?

Bakıda bu tikililər söküləcək | Yeni yola görə hansı problemlər yarana bilər?

Cəmiyyət
03 may 2024
Sus və Bəylik sakinlərinin evləri bu qaydada veriləcək

Sus və Bəylik sakinlərinin evləri bu qaydada veriləcək

Cəmiyyət
03 may 2024
Müdafiə Nazirliyi məlumat yaydı | “EFES - 2024” təlimləri davam edir

Müdafiə Nazirliyi məlumat yaydı | “EFES - 2024” təlimləri davam edir

Cəmiyyət
03 may 2024
DSX-nin “Xələfli” sərhəd zastavası xidməti istifadəyə verildi

DSX-nin “Xələfli” sərhəd zastavası xidməti istifadəyə verildi

Cəmiyyət
03 may 2024
Mayda niyə toy etməzlər? | Mövhumat, yoxsa sınaqdan çıxmış həqiqət?

Mayda niyə toy etməzlər? | Mövhumat, yoxsa sınaqdan çıxmış həqiqət?

Cəmiyyət
03 may 2024
“CineMastercard”dan daha bir yenilik | Molla Nəsrəddin haqqında film çəkiləcək

“CineMastercard”dan daha bir yenilik | Molla Nəsrəddin haqqında film çəkiləcək

Cəmiyyət
02 may 2024
Seçilmişlər
icon