Pleyeri seçin:

COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir?

07 fevral 2026 551 baxış

Peyvəndlərin, xüsusilə də COVID-19-a qarşı aparılan vaksinləmənin sağlamlığa təhlükə yaratması ilə bağlı narahatlıqlar hələ də mövcuddur.

Qeyd olunan hallarla yanaşı, “CBC News” 2025-ci ildə yayımladığı materialda “Pfizer” peyvəndinin tətbiqindən sonra ürək əzələsinin və ürəyi əhatə edən qişanın iltihabı hallarına rast gəlindiyini bildirib.

Maraqlıdır, bu iddialar həqiqətə nə qədər yaxındır?

Həkim Adil Qeybullanın sözlərinə görə, günümüzdə COVID pandemiyası, onun insan orqanizmində buraxdığı izlər, eləcə də vaksinləmənin özü və təsirləri geniş şəkildə araşdırılan məsələlərdir:

“Ona görə də hesab edirəm ki, bu cür qənaətlər, əslində, antivaksin təbliğatının tərkib hissəsidir. Bu iddialar müəyyən şəxslər tərəfindən yayılır. Qeyd olunan dəyişikliklər COVID pandemiyası dövründə keçirilmiş infeksiyanın qalığı kimi də izah oluna bilər. Məsələn, onkoloji xəstəliklərin, yaddaş və digər funksional pozuntuların yaranması və s. Amma bütün bunları peyvənd ilə əlaqələndirmək üçün kifayət qədər əsas yoxdur”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, bu iddialar əsassızdır:

“COVID-19 əleyhinə tətbiq olunan peyvəndlərlə gənclərdə baş verən ürəktutmaları arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil. Bu sahədə aparılan beynəlxalq və yerli tibbi müşahidələr peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərir. Ayrı-ayrı sağlamlıq halları peyvənddən asılı olmayaraq müxtəlif tibbi səbəblərlə baş verə bilər və hər bir vəziyyət sübuta əsaslanan tibb prinsiplərinə uyğun olaraq həkimlər tərəfindən fərdi şəkildə qiymətləndirilir”.

Nazirlikdən o da vurğulanıb ki, məsələ mütəmadi olaraq nəzarətdə saxlanılır və elmi cəhətdən təsdiqlənmiş yeni məlumatlar əldə edildikcə ictimaiyyətə açıq şəkildə təqdim olunur.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 551 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 551 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon