Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar quruldu
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələrinin üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək davam etdirilir.
Ötən bir həftə ərzində daha 36 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.
Biznes planlarına uyğun olaraq onlara dönərxana, PVC qapı və pəncərə istehsalı, kiçik dərzi sexi, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, avtoyağlama xidmətləri kimi istiqamətlər üzrə öz işlərini qurmaları üçün zəruri avadanlıqlar verilib.
Qeyd edək ki, bu il proqram çərçivəsində artıq 1291 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
- Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV
