Pleyeri seçin:

“Dedilər, düzələcək, amma heç nə olmadı” | 32 yaşlı Ucar sakininin üzləşdiyi problem

06 avqust 2025 471 baxış

Ucar sakini 32 yaşlı Ramil Nəzərov Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan kömək istədiyini bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin aprelin 4-də hərbi xidmətə yollanıb və həmin dövrdən sonra səhhətində ciddi problemlər yaranıb.

“Əsgərlikdən sonra mənə əlillik təyin olunub. Hərəkət edə bilmirəm, tez yoruluram. Belimdə səpkilər əmələ gəlib. Belə yaşaya bilmirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm ki, məni elektron araba ilə təmin etsinlər. Həmçinin aldığımız sosial yardım da fevral ayından dayandırılıb. Aidiyyəti qurumlardan onun da bərpa edilməsini xahiş edirəm”, ‒ o söyləyib.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, Ramil Nəzərovun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı fikirlər yanlışdır və həqiqəti əks etdirmir:

“Belə ki, ailənin iyunun 24-də ünvanlı sosial yardımla bağlı daxil olmuş müraciətinə əsasən 330 manat məbləğində sosial yardım təyin edilib. Avqust ayının ödənişləri zamanı ailənin mövcud kart hesabına həmin məbləğin köçürülməsi nəzərdə tutulub”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə qeyd olunub ki, Ramil Nəzərovun reabilitasiya vasitələri ilə təmin edilməklə bağlı müraciətinə əsasən evində əyani müayinəsi aparılıb:

“Nəticədə, qapalı məkan üçün təkərli oturacaq, sanitar qovşaqlı araba və dördayaqlı dayaq hərəkət vasitəsilə təmin olunması qərara alınıb. Qanunvericiliyə əsasən, mühərrikli təkərli oturacaqlar əlilliyi olan şəxslərə 5 ildən bir verilir. Ramil Nəzərov da 5 iyul 2021-ci il tarixində həmin reabilitasiya vasitəsilə təmin edilib və gələn il növbəti dəfə onun mühərrikli təkərli oturacaqla təminatı məsələsinə baxılacaq”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 471 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 471 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon