Pleyeri seçin:
Dənizdə batan qızı xilas edən Ramin Lənkəranda dəfn edildi
Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə boğulan Ramin Məmmədzadənin qohumları danışıblar.
Əmisi Bəhruz Məmmədov Baku TV-yə açıqlamasında bildirib ki, Ramin çox mədəni insan olub: “Dünən dənizə gedib. Orada iki nəfərin boğulduğunu görəndə dərhal onları xilas etməyə çalışıb. Bir nəfəri xilas edib, ikincini xilas etmək istəyərkən özü boğulub”.
Raminin əmisi oğlu Mircavid Məmmədzadə qeyd edib ki, onlar birlikdə böyüyüblər: “İdmançı idi, fiziki işlərlə məşğul olurdu”.
Qeyd edək ki, iki qız Sütəmurdov kəndi yaxınlığında dənizdə batmaq təhlükəsi ilə üzləşən zaman 22 yaşlı Ramin Məmmədzadə onlara kömək etmək istəyib. Qızlardan birini xilas edib, digər qız və Ramin isə suda boğularaq həyatlarını itiriblər.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
