“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Sakinlər yay aylarında bu zülmü çəkir - Baku TV
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri su problemindən əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, artıq 10 gündür ki, əraziyə su verilmir.
"Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır", – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə vurğulayıb:
"Şəkər xəstəsiyəm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Vəziyyətimiz acınacaqlıdır".
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
