Pleyeri seçin:

“Doğrayıb aparacaqlar” | Baku TV Bibiheybətdəki “gəmi qəbiristanlığı”nda - Baku TV

25 mart 2026 19 baxış

Baku TV Bibiheybət qəsəbəsində yerləşən, istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazidən – “gəmi qəbiristanlığı”ndan reportaj hazırlayıb.

Bildirilir ki, vaxtilə Xəzər sularında fəaliyyət göstərmiş bu gəmilər bu gün artıq tarixə qovuşub.

Hazırda “gəmi qəbiristanlığı”nın bir hissəsi həvəskar balıqçıların məkanına çevrilib. Uzun illərdir burada balıq ovu ilə məşğul olan Fikrət Tahirov deyir ki, alternativ məkanların azlığı səbəbindən balıqçılar bu əraziyə üz tuturlar:

“Beş ildən çoxdur ki, şəxsi qayığımla kütüm ovuna çıxıram. Həvəskar balıqçıların gedəcək başqa yerləri yoxdur. Bura qəbiristanlıq deyil. 3-4 dənə köhnə, istifadəyə yararsız gəmi var, yəqin ki, onları da doğrayıb aparacaqlar”.

Qeyd edək ki, sözügedən ərazidə yer alan “Aura” gəmisi 2015-ci ildə fəaliyyətini dayandırıb. “Əli Əmirov” geoloji kəşfiyyat gəmisi isə vaxtilə 200 metr dərinlikdəki quyuların şlanq-kabel üsulu ilə qazılması proseslərini həyata keçirməklə yanaşı, dalğıc işlərinin icrasında da istifadə olunub.

Gəmilər arasında xüsusi maraq kəsb edən “Sabit Orucov” gəmisidir. SSRİ qaz sənayesi naziri postunda çalışan Sabit Orucovun adını daşıyan gəmi 1990-cı il 20 yanvar hadisələri zamanı Bakı buxtasında tarixi rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan bütün mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı məhz bu gəmidə fəaliyyət göstərib. “Sabit Orucov” gəmisi taktikçi müqavimətin mərkəzinə çevrilib, Bakı buxtasına giriş-çıxışın bağlanmasında əsas rol oynayıb.

Buraya tərk edilən gəmilərin sonrakı taleyi ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, həmin gəmilərin saxlandığı ərazi onların səlahiyyətində deyil. İstismar müddəti bitən gəmilər isə bir qayda olaraq doğranmağa göndərilir.

Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Cəmiyyət
25 mart 2026 19 baxış
"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

Cəmiyyət
25 mart 2026 19 baxış
Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Cəmiyyət
25 mart 2026 19 baxış
Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 mart 2026 19 baxış
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - Baku TV

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - Baku TV

Cəmiyyət
25 mart 2026 19 baxış
AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

AZAL 300 sərnişinin baqajını çatdırmağı unudub? | Qurumdan rəsmi açıqlama - Baku TV

Cəmiyyət
24 mart 2026 19 baxış
“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

“Dövlət parklanma yaratmağa borclu deyil” - Şəhəri iflic edən tikinti özbaşınalığıdır?

Cəmiyyət
24 mart 2026 19 baxış
“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

“Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR

Cəmiyyət
24 mart 2026 19 baxış
Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Cəmiyyət
24 mart 2026 19 baxış
Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Cəmiyyət
24 mart 2026 19 baxış
Seçilmişlər
icon