Pleyeri seçin:

Dövlət qurumları qışa hazırdır? - Leysan, “iflic” olan yollar, qazsız qalan evlər... - Baku TV

15 yanvar 2026 547 baxış

Şaxtalı hava, qar, leysan yağışlar və bunun fonunda donmuş su sayğacları, qazsız qalan evlər, işıq kəsintiləri, qar səbəbindən yollarda saatlarla hərəkətsiz qalan avtomobillər və qaçılmaz qəzalar.

Hər il qış mövsümündə demək olar ki, eyni mənzərə təkrarlanır. Xüsusilə yanvarın ilk günlərində qaz təchizatında yaşanan problemlər onlarla vətəndaşın narazılığına səbəb olmuşdu. Bu isə bir sualı yenidən gündəmə gətirir.

Dövlət qurumları qışa, doğrudanmı, hazırdır, yoxsa hazırlıq kağız üzərində qalır?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qış aylarında kanalizasiya və yağış sularının ötürülməsi üçün kollektorlar yuyulur, baxış quyuları və yağış barmaqlıqları təmizlənir, nasos stansiyaları təftiş olunur.

Qurum eyni zamanda xəbərdarlıq edir ki, qış aylarında problemlər əsasən donvurma səbəbindən yaranır və bu, xüsusilə izolyasiya olunmayan su xətləri və açıq havada quraşdırılmış sayğaclarla bağlıdır. Vətəndaşlara sayğacların qorunması üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə dağlıq və dağətəyi ərazilərdə qarla mübarizə tədbirlərinin davam etdiyini bildirib:

“Bütün texnika hazır vəziyyətdə saxlanılır, duz-qum qarışığı səpilərək yolların buzlaşmasının qarşısı alınır”.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məlumatına görə isə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb, xüsusi texnikalar yoxlanılıb və kifayət qədər duz ehtiyatı formalaşdırılıb. Qar yağan zaman yalnız kommunal qurumların deyil, idarə və təşkilatların, bələdiyyələrin və özəl sektorun texnikalarının da prosesə cəlb olunması nəzərdə tutulur. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 547 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 547 baxış
Seçilmişlər
icon