Pleyeri seçin:

Döymə mürəkkəbi insan sağlamlığına necə təsir edir? | Risklər açıqlandı

05 mart 2025 537 baxış

Alimlər döymə mürəkkəbinə məruz qalan şəxslərin limfa və dəri xərçənginə tutulma ehtimalının döyməsi olmayan insanlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər.

"Science Daily" xəbər verir ki, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinkidəki universitetinin alimləri döymə mürəkkəbinin insan orqanizmində yaratdığı təsirləri araşdırmaq üçün 5900 əkiz bacı-qardaşın sağlamlıq göstəricilərini təhlil ediblər.

Araşdırma nəticəsində döymə etdirən insanların dəri xərçənginə tutulma riskinin döyməsi olmayan insanlara nisbətən 1,62 dəfə yüksək olduğu müəyyən edilib.

Mütəxəssislər döymənin böyüklüyü ilə xərçəng riski arasındakı əlaqəni də araşdırıblar. Nəticələrə görə, ovucların ölçüsündən daha böyük döymələri olan şəxslərdə dəri xərçənginə tutulma ehtimalı 2,37 dəfə, limfa xərçəngi riski isə 2,73 dəfə yüksəkdir.

Tədqiqat zamanı döymə mürəkkəbinin rənginin xərçəngin inkişafı ilə birbaşa əlaqəsinin olmadığı müəyyən edilib.

Alimlər bildirirlər ki, döymə mürəkkəbinin tərkibindəki xırda hissəciklər qan dövranına keçərək limfa düyünlərində toplanır və uzun müddət orqanizmin immun sisteminə yük salaraq xərçəng riskini artırır.

Bununla belə, tədqiqatçılar döymə mürəkkəbinin xərçəngin müstəqil risk faktoru olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün daha geniş araşdırmalar aparılmasına ehtiyac olduğunu vurğulayırlar.

Alimlər eyni zamanda məsələ ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq qurumlara çağırış ediblər. Araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

Banner

#Döymənin ziyanları teqi istifadə olunub

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 537 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 537 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 537 baxış
Seçilmişlər
icon