Dünyada getdikcə artan dəhşətli təhlükə | Alimlər həyəcan təbili çaldı
İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5,6 milyard insanın həyatını təhdid edəcək.
Bu proqnozu Oslodakı Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin alimləri açıqlayıblar.
Tədqiqatçıların sözlərinə görə, son illərdə qlobal istiləşmə getdikcə daha çox daşqına və quraqlığa səbəb olur. Nəticədə infeksiyalar planetimizdə daha sürətlə yayılır və əhali su, qida qıtlığı yaşayır. Müvafiq cavab tədbirləri olmasa, mənfi nəticələr daha da pisləşəcək.
Alimlərin sözlərinə görə, CO2 emissiyalarının artması ilə iqlim dəyişikliyi Yer kürəsi sakinlərinin üçdəbirinə təsir edəcək. Söhbət Aralıq dənizi, Şimal-Qərb və Cənubi Amerika, Şərqi Asiya və Rusiyanın Arktika zonasının sakinlərindən gedir.
Ən nikbin proqnoza görə, bu vəziyyət əhalinin 20 %-nə təsir edəcək. Qaçılmaz iqlim dəyişikliyi bitkilərə və heyvanlara mənfi təsir göstərəcək. Bir çox növlərin nəsli kəsiləcək və bu da insanlar üçün acınacaqlı vəziyyət yaradacaq.