Pleyeri seçin:

Əfsanəvi qala ilə bağlı müəmmalı faktlar | Bayıl qəsrinin sirri nədədir?

09 oktyabr 2024 401 baxış

Görkəmli Azərbaycan şairi Arif Ərdəbili 1369-cu ildə yazdığı “Fəryadnamə” poemasının misralarında bir qaladan bəhs edir:

“Bakıda dənizdə bir qala var ki, yeni şəhər qalasını orada su basıb”.

Arif Ərdəbilinin haqqında söz açdığı bu qala 13-cü əsrə aid tarixi memarlıq nümunəsi olan Bayıl qalasıdır.

Xəzərdə suyun səviyyəsi geri çəkildikcə qalanın qalıntıları üzə çıxmağa başlayıb. Qala ilə bağlı bir sıra fərziyyələr mövcuddur.

Hazırda sözügedən ərazidə araşdırma aparan tarixçi İdris Əliyevin sözlərinə görə, arxeoloji cəhətdən qalanın öyrənilməsinə 30-cu illərin sonlarından başlanılıb:

“Çünki Xəzər o vaxtlar çəkilmişdi. İki mərhələdə qazıntı gedib. Qazıntılar 1940, 1945, 1946-cı illərdə müharibə ilə bağlı olub. 3-cü mərhələdə 60-cı illərdə qaladan 700-ə yaxın yazılı daş aşkar edilib. Bu daşlarda insan, heyvan, müxtəlif iqlimli şəkillər təsvir olunub. Həmin daşlar hazırda Şirvanşahlar muzeyində saxlanılır”.

Sözügedən abidə müxtəlif mənbələrdə “Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” kimi qeyd olunsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Arxeoloq İdris Əliyevin sözlərinə görə, tədqiqatlar nəticəsində bəlli olub ki, əsrlərdir qalanın məhvi ilə bağlı irəli sürülən fikirlər tamamilə yanlışdır.

Qeyd edək ki, qalanın bərpası üçün yaxın gələcəkdə Arxeologiya və Antropologiya İnstitutunda yeni yaradılan Xəzər arxeologiya şöbəsi tədqiqatlara başlayacaq.  

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 401 baxış
Seçilmişlər
icon