Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılma səbəbi | MN-dən məlumat
2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Toplanış müddətində hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.
Əsas məqsəd ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
#Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidməti teqi istifadə olunub
- İran müdafiə üçün könüllülər ordusu yaradır: Milyonlarla müraciət var - Baku TV CANLI
- İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur | ABŞ təhlükəsinə qarşı yeni plan - Baku TV
- Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV
- Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR
- Səfərbərliklə bağlı kritik qərar | Zelenski təqdim etdi, Ali Rada təsdiqlədi - Baku TV CANLI
