Pleyeri seçin:
"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV
Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin ikinci korpusunda təmir işləri hələ də başa çatmayıb.
Şagirdlərin valideynləri məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edərək narahatlıqlarını bildiriblər.
Onların sözlərinə görə, məktəbin birinci korpusu təmir olunaraq istifadəyə verilsə də, ibtidai sinif şagirdlərinin təhsil alacağı ikinci korpusda işlər davam edir.
Valideynlərə məktəbin sentyabrın 15-dək hazır olacağı bildirilsə də, hazırda binada görüləsi işlərin hələ çox olduğu deyilir.
“Elə bil buranın yiyəsi yoxdur. Xahiş edirəm, məsələyə baxılsın”, – deyə valideynlərdən biri narazılığını bildirib.
Kopyalandı
#Qobu qəsəbəsi teqi istifadə olunub
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - 24 SAAT
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
- Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI
