Pleyeri seçin:

Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT

18 oktyabr 2026 58 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Masallı rayonunun Ərkivan qəsəbəsinə səfər edilib.

Rəsmi statistikaya görə, Ərkivanda 18 mindən çox insan yaşayır. Masallı şəhərindən cəmi 2-3 kilometr məsafədə yerləşən qəsəbə qədim tarixi, zəngin adət-ənənələri və sənətkarlığı ilə seçilir.

Ərkivanda nəsildən-nəslə ötürülən sənətlərdən biri sandıqçılıqdır.

Qəsəbə sakini Seyfəddin Əzizov ata-babalarından miras qalan bu sənəti davam etdirir. O həm ənənəvi, həm də müasir üslubda sandıqlar hazırlayır. Ustanın sözlərinə görə, bu sənət səbir və zəhmət tələb etsə də, hələ də sifarişlər alır və dolanışığını bu işdən təmin edir.

Qəsəbənin mədəni irsinin mühüm hissəsini Göllü məscidi təşkil edir. XIX əsrdə xalqın iştirakı ilə inşa edilən məscid üç məhəllənin sakinlərinə xidmət edib. Yerli sakinlər bu gün də həmin məkanı dini və mənəvi dəyərlərin qorunduğu yerlərdən biri hesab edirlər.

Ərkivanın tarixi ilə bağlı diqqətçəkən məkanlardan biri Şeyx Səfi ocağıdır. Yerli rəvayətlərə və tarixi məlumatlara görə, Şeyx Səfiəddin burada yaşayıb. XVI əsrdə Şah İsmayılın da bu məkanı ziyarət etdiyi bildirilir.

Qəsəbənin sakinlərindən Həmid Məmmədovun evində isə XVIII əsrin sonlarına aid olduğu ehtimal edilən “Tarixi-Nadir” kitabı qorunub saxlanılır. Təxminən 147 səhifədən ibarət olan əsər uzun illərdir ailənin mülkiyyətindədir. Kitabın mürəkkəb fars dilində yazılması onun oxunmasını və tərcüməsini çətinləşdirir.

Kopyalandı
Banner
Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV

Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 58 baxış
Seçilmişlər
icon