Pleyeri seçin:

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

24 dekabr 2025 583 baxış

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Levon Mnatsakanyan 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.

O, Aprel döyüşlərinin planlaşdırılmasında ittiham edildiyini, lakin bunun belə olmadığını söyləyib.

L.Mnatsakanyan Aprel döyüşlərində hər şeyin qondarma rejimin "müdafiə rayonlarında" və "diviziyalarda" baş verdiyini və döyüşləri onların özləri tərəfindən idarə olunduğunu iddia edib.

Artilleriya zərbələri nəticəsində meşələrə zərər vurulmasında və abidələrin dağıdılmasında ittiham olunması barədə də danışan L.Mnatsakanyan bu ittihamı da qəbul etməyib.

Vaxtilə artilleriya briqadasının komandiri olmuş təqsirləndirilən şəxs Tunel və Başlıbel hadisələrində iştirak etmədiyini, yaralanması ilə əlaqədar həmin vaxt müalicə aldığını, fizioterapiya kursu keçdiyini söyləyib.

Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Piyada keçidində lift və işıq problemi | "Sakinlər daha nə qədər gözləməlidir?!" - Baku TV

Piyada keçidində lift və işıq problemi | "Sakinlər daha nə qədər gözləməlidir?!" - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Cəmiyyət
26 sentyabr 2026 583 baxış
Seçilmişlər
icon