“Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
Cəlilabad rayonunun Ağasadıq Gəraybəyli küçəsinin sakinləri təxminən beş ildir qaz problemi ilə üzləşdiklərini deyirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, yeni salınmış yaşayış massivində qaz xətti küçənin girişinə qədər çəkilib. Amma evlərə qaz çəkməkdə çətinliklə üzləşiblər.
Vətəndaşlar sözügedən məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Beş ildir evlərimizə qaz çəkilmir, məcbur qalıb odun yandırırıq. Bizdən xəttin çəkilməsi üçün 10 min manat pul tələb edirlər. Kasıb adamlarıq, bu qədər məbləği necə toplayaq?!”, – onlardan biri söyləyib.
Digər bir sakin isə mövcud vəziyyətlə bağlı narazılığını belə ifadə edib:
“Üç ildir burada yaşayıram və demək olar ki, bütün bu müddəti qazsız, bərbad vəziyyətdə keçirmişəm. 21-ci əsrdə yaşayırıq, ocaqda yemək bişiririk”.
#Cəlilabad teqi istifadə olunub
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
- Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI
- Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV
- “Bütün ailəmiz qalıb çöldə” | Cəlilabadda dəhşətli yanğın | “Hamısı yanıb külə döndü” - Baku TV
- Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV
