Pleyeri seçin:

Güclü külək zamanı bu ərazilərdən uzaq durun! | FHN-dən əhaliyə xəbərdarlıq

10 sentyabr 2025 166 baxış

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Cəmiyyət
08 dekabr 2025 166 baxış
"Deyirlər ki, bura mənimdir, bəs yol?!" - Sakinləri boğaza yığan məsələ - Yol zəbt olunub? - Baku TV

"Deyirlər ki, bura mənimdir, bəs yol?!" - Sakinləri boğaza yığan məsələ - Yol zəbt olunub? - Baku TV

Cəmiyyət
08 dekabr 2025 166 baxış
“YAŞAT” Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı

“YAŞAT” Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı

Cəmiyyət
08 dekabr 2025 166 baxış
“Onlar bizə əmanət” layihəsi çərçivəsində görülən işlər

“Onlar bizə əmanət” layihəsi çərçivəsində görülən işlər

Cəmiyyət
08 dekabr 2025 166 baxış
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib - Baku TV

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib - Baku TV

Cəmiyyət
08 dekabr 2025 166 baxış
"Hər an təhlükə ola bilər!" | Sakinlər və qurumun dedikləri niyə üst-üstə düşmədi? - Baku TV

"Hər an təhlükə ola bilər!" | Sakinlər və qurumun dedikləri niyə üst-üstə düşmədi? - Baku TV

Cəmiyyət
08 dekabr 2025 166 baxış
Biləsuvardan flaminqoların gözoxşayan görüntüləri

Biləsuvardan flaminqoların gözoxşayan görüntüləri

Cəmiyyət
08 dekabr 2025 166 baxış
İnformasiya məkanında yeni üslublar yaradan şirkətlər qrupu - Baku TV

İnformasiya məkanında yeni üslublar yaradan şirkətlər qrupu - Baku TV

Cəmiyyət
08 dekabr 2025 166 baxış
Yaradıcılıq azadlığı adı ilə dəyərləri tapdalamaq kimə xidmət edir və bu cəzasızlıq nə vaxt bitəcək?

Yaradıcılıq azadlığı adı ilə dəyərləri tapdalamaq kimə xidmət edir və bu cəzasızlıq nə vaxt bitəcək?

Cəmiyyət
08 dekabr 2025 166 baxış
"Hər şeyin səbəbkarı Merkuri" filminin təqdimatı baş tutdu - Baku TV

"Hər şeyin səbəbkarı Merkuri" filminin təqdimatı baş tutdu - Baku TV

Cəmiyyət
08 dekabr 2025 166 baxış
Seçilmişlər
icon