Güclü küləklə bağlı ciddi xəbərdarlıq
Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Qurum təhlükəsizlik baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:
- güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;
- digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;
- sükanı möhkəm saxlamaq;
- açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;
- avtomobilləri park edərkən aşma riski olan ağacların, dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.
Bildirilib ki, həmçinin piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
- BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV
- DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI
