Pleyeri seçin:

Gün ərzində 100-150 qram istehlak kəskin dəyişməyə səbəb olmur

21 aprel 2026 400 baxış

Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır.

Bu barədə rusiyalı həkim-endokrinoloq Nataliya Tananakina bildirib.

Mütəxəssis izah edib ki, tərəvəzin tərkibi hüceyrələri zərərli sərbəst radikallardan qoruyan antioksidantlar, həmçinin lif, mineral və vitaminlərlə zəngindir. Düzgün istifadə olunduğu təqdirdə balqabaq pəhriz menyusunun dəyərli bir elementi olur.

Ekspert qeyd edib ki, ən aşağı qlikemik indeks çiy balqabaqdadır. Qlikemik indeks məhsulun karbohidratlarının təmiz qlükoza ilə müqayisədə qan şəkərini hansı sürətlə və miqdarda yüksəltdiyini göstərir. Diabet xəstələri üçün qlükoza səviyyəsinin qəfil artması təhlükəlidir.

Endokrinoloqun sözlərinə görə, çiy balqabağın qlikemik indeksi 25-30 arasındadır ki, bu da onun təhlükəsiz və ləng həzm edildiyini göstərir. Sobada bişirilən variantın qlikemik indeksi 50-55-dir və müəyyən miqdarda yeyilməsi məqbuldur. Lakin qaynadıldıqda və ya püre şəklinə salındıqda bu göstərici 65-75-ə qalxır. Belə formada çox yeyilərsə, şəkərin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksələ bilər.

Həkim xəbərdarlıq edir ki, diabetin dekompensasiyası mərhələsində porsiya ölçülərinə ciddi nəzarət tələb olunur. Çünki xəstəliyin bu səviyyəsində kənardan vurulan insulin qan şəkərini normaya salmağa kifayət etmir.

Mütəxəssis əlavə edib ki, istilik emalından keçmiş balqabağın qlikemik indeksi yüksək olsa da, porsiyadakı karbohidrat miqdarı az olduğu üçün qlikemik yükü aşağı qalır. Məhz buna görə də 100-150 qram suda bişmiş balqabaq istehlak etmək qlükozanın qəfil qalxmasına səbəb olmur.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 400 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 400 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 400 baxış
Seçilmişlər
icon