Gürcüstanla sərhəddə tıxac davam edir | Gözləyən maşınlarla bağlı açıqlama
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindəki gömrük postunda hazırda 1017 avtomobil gözləyir.
Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, həmçinin Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 78, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 25, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 16 yük maşını var.
O da əlavə edilib ki, Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
